Mötəbər yarışın ilk günündə dörd idmançımız medal uğrunda mübarizə aparacaq
Bu gün Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarına start verilib. AYNA xəbər verir ki, mötəbər yarışın ilk günündə dörd idmançımız medal uğrunda mübarizə aparacaq.
Onlardan üçü boksçu, biri isə kamandan oxatmaçıdır. Boksçularımız Tayfur Əliyev, Lorenso Alfonso Dominqes və Rahil Məmmədli yaxın dəqiqələrdə mübarizəyə qoşulacaqlar. Kamandan oxatmasında isə Ozay Qasımova öz gücünü sınayacaq.