İndoneziyada torpaq sürüşməsi: 38 nəfər ölüb

Dünya

27.01.2026 - 15:44

Xilasetmə əməliyyatlarında təxminən 800 nəfər və doqquz ekskavator iştirak edir

İndoneziyanın Qərbi Yava əyalətindəki Çisarua rayonunda torpaq sürüşməsi nəticəsində azı 38 nəfər həlak olub. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, milli fəlakətlərin idarə edilməsi agentliyinin yaydığı məlumata görə, bu gün səhər saatlarında axtarış-xilasetmə əməliyyatları əlavə ağır texnika cəlb olunması ilə yenidən başlayıb.

Xilasetmə əməliyyatlarında təxminən 800 nəfər və doqquz ekskavator iştirak edir.

Təbii fəlakət nəticəsində evsiz qalan 685 sakin müvəqqəti təxliyə mərkəzlərinə yerləşdirilib.

Torpaq sürüşməsinə dağlıq Çisarua rayonunda ardıcıl iki gün yağan güclü yağışlar səbəb olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş