İndoneziya sahillərində zəlzələ olub

Dünya

04.04.2026 - 16:43

5,9 bal gücündə zəlzələnin episentri 49 kilometr dərinlikdə yerləşib

İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb. AYNA.AZ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzin məlumat yayıb.

Mərkəzdən verilən məlumata görə, zəlzələnin episentri təxminən 451.000 nəfərin yaşadığı Manado şəhərindən (Şimali Sulavesi əyaləti) 142 kilometr şərqdə yerləşib. Episentr 49 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş