İnam Kərimov Ali Məhkəmənin yeni hakimlərini kollektivə təqdim edib - FOTOLAR

Xəbərlər

06.04.2024 - 19:25

cedabet dərman SEO Xidməti

Ali Məhkəmənin yeni hakimləri kollektivə təqdim olunub

Aprelin 6-da Azərbaycan Respublikasının Ali Məhkəməsinə yeni təyin edilən hakimlər - Aida Hüseyn və Teyyub Muxtarov kollektivə təqdim olunub.

AYNA xəbər verir ki, təqdimetmə mərasimində çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov hər iki hakimi təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bildirilib ki, ölkəmizdə müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması istiqamətində aparılan məhkəmə-hüquq islahatları hakimlərin üzərinə böyük məsuliyyət qoyur. Bu baxımdan hər bir hakim müstəqil və ədalətli olmalı, şəffaf fəaliyyət göstərməli, cəmiyyətin məhkəmələrə olan inamının artmasına çalışmalıdır. Yeni hakimlərin təcrübəli və peşəkar fəaliyyətləri ilə məhkəmə sisteminə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

Sonra yeni hakimlər çıxış edərək onlara göstərilən yüksək etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

İnam Kərimov Ali Məhkəmənin yeni hakimlərini kollektivə təqdim edib - İnam Kərimov Ali Məhkəmənin yeni hakimlərini kollektivə təqdim edib -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş