İmtahanlar elektron qaydada keçirilə bilər

Xəbərlər

02.04.2020 - 20:55

Həkimlər Klinikalar SEO Xidməti

“Azərbaycan dili fənni üzrə onlayn imtahan işlənib hazırlanır”

 

“Şagirdlər üçün yeni onlayn imtahanları layihələndiririk. Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan təhsil müəssisələrində təhsil alan şagirdlər üçün “Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə onlayn imtahan işlənib hazırlanır”.

 

AYNA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyent, məzun, müəllim və valideynlərə müraciətində deyib.

 

O qeyd edib ki, elektron imtahanlar zamanı hər hansı qayda pozuntusu və ya sui-istifadə hallarını istisna etmək üçün imtahanların proktorinq (nəzarət) sistemi üzərində işlər aparılır: “Əlbəttə ki, epidemioloji vəziyyət imkan versə, sıx qrafik üzrə ənənəvi imtahanları keçirməyə hazırıq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş