İmişlidə ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb

Xəbərlər

06.06.2023 - 17:28

Həkimlər Klinikalar SEO Xidməti

Təbiətə 158 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İmişli rayonu ərazisində qanunsuz qum-çınqıl hasilatı və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluqdan AYNA-ya verilən məlumata görə, araşdırmalar zamanı İmişli rayonunun Qaradonlu, Xubyarlı və Qaralar kəndi yaxınlığında “İmişli” qum-çınqıl yatağında “SND Group” MMC-nin vəzifəli şəxsləri, habelə fərdi sahibkarlar tərəfindən torpaq sahələrinin zəbt edilərək qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılması nəticəsində təbiətə ümumilikdə 158 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib. İbtidai istintaq davam edir.

Müəllif: Ayna.az