“İmamzadə” məscidində qətl

Hadisə

28.07.2025 - 12:51

Qəsdən adamöldürmə faktı ilə bağlı cinayət işi başlanıb

İyulun 26-da saat 5 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən “İmamzadə” məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

Suraxanı Rayon Prokurorluğundan AYNA.AZ-a verilən məlumata görə, ilkin araşdırmalar nəticəsində 1996-cı il təvəllüdlü Elvin Məmmədovun bıçaqla xəsarətlər yetirərək N.Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş