Dövlət xadimi 87 yaşında dünyasını dəyişib
Azərbaycanın sabiq baş prokuroru və ədliyyə naziri olmuş, Ədalət Partiyasının sədri, keçmiş deputat İlyas İsmayılov bu gün müalicə olunduğu xəstəxanada vəfat edib. AYNA xəbər verir ki, bu barədə siyasətçinin yaxınları sosial şəbəkələrdə yazıblar.
Qeyd edək ki, 87 yaşlı dövlət xadimi bir müddət əvvəl Mərkəzi Kliniki Xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Allah rəhmət eləsin!