“Heç bir partiyanı dəstəkləməyən bütün seçicilər respublikaçıların namizədinə səs verəcəklər”
“ABŞ Demokrat Partiyasının bir çox keçmiş tərəfdarları qarşıdan gələn prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampa səs verəcəklər”. AYNA xəbər verir ki, bu sözləri amerikalı milyarder, iş adamı İlon Mask özünün “X” sosial şəbəkə hesabında yazıb.
“2020-ci ildə heç bir partiyanı dəstəkləməyən bütün seçicilər indiki ABŞ Prezidenti Co Baydenə səs verdilər. 2024-cü ildə bütün belə seçicilər və bir çox keçmiş demokratlar Donald Trampa səs verəcəklər”, Mask qeyd edib.
Milyarder daha əvvəl seçkilərdə Trampı dəstəkləyib. Respublikaçı namizəd etiraf edib ki, qalib gələrsə, Maskı Ağ Ev administrasiyasında hansısa vəzifəyə təyin edəcək.