İlham Əliyev və Aleksandr Lukaşenko Füzuliyə gediblər

Xəbərlər

17.05.2024 - 11:59

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Azərbaycan Respublikasında dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Füzuli rayonuna gedib.

AYNA xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.

Belarus Prezidentinə Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları barədə məlumat verilib.

Daha sonra Prezident İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.

İlham Əliyev və Aleksandr Lukaşenko Füzuliyə gediblər
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş