İlham Əliyev üç ölkəyə yeni səfir təyin etdi

Xəbərlər

12.03.2020 - 14:19

Elmira Axundova Azərbaycanın Ukraynada səfiri təyin olundu

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu gün bir neçə ölkəyə yeni səfir təyin edib. 

 

AYNA Prezidentin rəsmi saytına istinadən həmin sərəncamları təqdim edir: 

 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilsin".

 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilsin".

 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş