İlham Əliyev sazişi təsdiqləyib

Xəbərlər

10.04.2020 - 14:16

Həkimlər Klinikalar SEO Xidməti

Kiyev şəhərində imzalanmış saziş təsdiq edilib

 

Prezident İlham Əliyev Azərbaycan və Ukrayna hökumətləri arasında imzalanmış Sazişi təsdiq edib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında diplomatik nümayəndəlik və konsulluq müəssisələri əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti növlərini həyata keçirmələri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununda deyilir:

 

“Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

 

“Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında diplomatik nümayəndəlik və konsulluq müəssisələri əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti növlərini həyata keçirmələri haqqında” 2020-ci il yanvarın 31-də Kiyev şəhərində imzalanmış Saziş təsdiq edilsin”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş