Prezident və birinci xanımı Sadır Japarov və Ayqul Japarova qarşılayıblar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gəlib.
AYNA.AZ-ın xəbərinə görə, Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova qarşılayıblar.