İlham Əliyev Putinin dəvəti ilə Moskvaya gedib

Xəbərlər

22.04.2024 - 12:37

Azərbaycan Prezidenti Rusiyaya işgüzar səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfər edib.

AYNA Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.

Müəllif: Ayna.az