İlham Əliyev Peter Pelleqriniyə təşəkkür edib

Xəbərlər

07.03.2026 - 10:25

Azərbaycan Prezidenti Slovakiya Prezidentinə minnətdarlığını bildirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranın Naxçıvana dron hücumlarından sonra prinsipial mövqeyinə və həmrəyliyə görə Slovakiya Prezidenti Peter Pelleqriniyə minnətdarlığını bildirib. AYNA.AZ xəbər verir ki, Prezidentin "X" hesabında bununla bağlı paylaşım edilib.

Paylaşımda deyilir: “Slovakiya Respublikasının Prezidenti Peter Pelleqriniyə İran İslam Respublikasının Naxçıvanda mülki infrastruktura qarşı həyata keçirdiyi son PUA hücumlarından sonra nümayiş etdirdiyi prinsipial mövqeyə və həmrəyliyə görə səmimi təşəkkürümü bildirirəm.

Azərbaycanın Slovakiya diplomatik heyətinin Tehrandan təxliyəsi ilə bağlı dərhal göstərdiyi dəstək ölkələrimiz arasında yüksək səviyyəli və strateji münasibətlərin aydın təzahürü, həmçinin beynəlxalq əməkdaşlığa sadiqliyimizin ifadəsidir”.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş