Putin isə hər iki ölkə lideri ilə qucaqlaşıb
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada görüşdən əvvəl bir-birlərini salamlayıblar, amma əl sıxmayıblar. AYNA xəbər verir ki, bu barədə “İnterfaks” yazıb.
“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli danışıqlar Kremldə Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə başladı. Putin danışıqlar masasında əyləşən Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə qucaqlaşaraq görüşdü. Azərbaycan və Ermənistan liderləri isə sadəcə kənardan salamlaşdılar, əl sıxmadılar”, - deyə agentlik qeyd edib.