İlham Əliyev Deni Sassu-Nqessonu qarşılayıb

Xəbərlər

04.04.2024 - 10:34

cedabet dərman SEO Xidməti

Konqo Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Azərbaycana rəsmi səfərə gələn Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun aprelin 4-də rəsmi qarşılanma mərasimi olub.

AYNA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Konqo Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Konqo Prezidenti Deni Sassu-Nqessonu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Konqo Prezidentinə raport verib.

Prezident Deni Sassu-Nqesso Azərbaycan əsgərlərini salamlayıb.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Konqo Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Konqo Prezidentinə, Konqo nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Konqo Prezidenti Deni Sassu-Nqessonun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

İlham Əliyev Deni Sassu-Nqessonu qarşılayıb
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş