İlham Əliyev Davosda Andrey Plenkoviç ilə görüşüb

Xəbərlər

22.01.2025 - 23:50

Həkimlər Klinikalar SEO Xidməti

Qaz ixracının həcminin artırılması perspektivləri müzakirə olunub

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşüb.

AYNA xəbər verir ki, Andrey Plenkoviç COP29-un uğurla keçirilməsi münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.

Prezident İlham Əliyev Xorvatiyanın Baş nazirinin COP29-da iştirakına görə təşəkkürünü bildirib. Söhbət zamanı COP29 çərçivəsində qlobal iqlim gündəliyinin irəli aparılması üçün çox mühüm qərarların qəbul edildiyi vurğulanıb.

Azərbaycan Prezidenti və Xorvatiyanın Baş naziri ölkələrimiz arasında münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndiriblər, xüsusilə enerji sahəsində olan əməkdaşlığı qeyd ediblər.

Azərbaycanın bu gün Xorvatiyanın enerji təhlükəsizliyində oynadığı rol, ölkəmizdən Xorvatiyaya neft və qaz ixracı xüsusilə vurğulanıb, həmçinin qaz ixracının həcminin artırılması perspektivləri müzakirə olunub.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu gün 10 Avropa ölkəsinə qaz ixrac edir ki, onlardan da səkkizi Avropa İttifaqına üzv ölkələrdir. Vurğulanıb ki, Azərbaycan Avropa İttifaqı tərəfindən PanAvropa enerji təchizatçısı kimi qiymətləndirilib.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri məsələsinə dair fikir mübadiləsi aparılıb, hökumətlərarası komissiyanın rolu qeyd olunub.

Xorvatiya Baş naziri dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş