Azərbaycan Prezidenti Türkiyə BMM-nin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbərini qəbul edib
Azərbaycan Prezidenti Mövlud Çavuşoğlunu qəbul edib.
AYNA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib.