İlham Əliyev Brüsseldə Maya Sandu ilə görüşüb

Xəbərlər

15.12.2021 - 16:51

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Prezidenti ilə Moldova Prezidenti arasında görüş keçirilib

Bu gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Moldova Prezidenti Maya Sandu ilə görüşü olub.

AYNA xəbər verir ki, Prezident İ.Əliyev xatırladıb ki, bu, Moldova Prezidenti ilə birinci görüşüdür: "Mən Sizi seçkilərdə qələbə münasibətilə bir daha təbrik etmək və Sizə uğurlar arzulamaq istəyirəm. Ümid edirəm ki, ölkələrimiz arasında münasibətlər müsbət məcrada inkişaf etməyə davam edəcək. Bu baxımdan şəxsi təmaslar çox vacib rol oynayır.

Prezident M.Sandu İ.Əliyevə təşəkkür edərək vurğulayıb ki, qaz böhranı keçirdikləri müddətdə onlara Azərbaycan dəstək olub: "Biz potensial həlləri araşdıra bilərdik. Sonda biz qısamüddətli həll yolunu tapdıq. Lakin biz enerji sektorunda əməkdaşlığımızı müzakirə etmək istəyirik. Əlbəttə ki, biz biznes baxımından əməkdaşlığımızın dərinləşdirilməsi, fikir mübadiləsinin aparılması üçün imkanları araşdırmaqda həmişə maraqlıyıq. Biz Moldovada biznes mühitinin yaxşılaşdırılmasında çox maraqlıyıq. Biz insanlarımız üçün daha çox iş yerləri yaratmaq istəyirik. Biz xaric investorların cəlb edilməsində və istənilən digər ölkələr kimi yeni bazarların tədqiqində maraqlıyıq. Beləliklə, mən təmasların yaradılması və biznes forumlarını təşkil etməklə biznesmenlərimizə bir-biri ilə ünsiyyət yaratmağa kömək imkanını görürəm ki, hər iki ölkənin vətəndaşlarına kömək edə bilək".

Azərbaycan Prezidenti vurğulayıb ki, hökumətlərarası birgə komissiyanın fəaliyyətini gücləndirməliyik: "Komissiyanın yeni toplantısı keçirilməlidir. Çünki komissiyanın üzvləri demək olar on ildir ki, bir araya gəlmirlər. Bəzi məlumatlara baxdım və gördüm ki, qarşılıqlı ticarətin səviyyəsi çox kiçikdir. Hesab edirəm bunun artırılması üçün potensial var. Lakin bunun üçün Sizin dediyiniz kimi biznes dairələri bir araya gəlməlidir. Komissiyanın toplantısı olsa onlar, həmçinin potensial investisiya imkanları, biznes mühiti haqqında təqdimatlar edə bilərlər ki, biz də qarşılıqlı ticarətin səviyyəsini artıra bilək. Hesab edirəm ki, biz bir-birimizə təklif edə biləcəyimiz çoxlu malları müəyyən edə bilərik. Enerji əməkdaşlığı məsələsində bilirsiniz ki, biz Avropa təsisatları ilə fəal işləyirik, Avropa İttifaqına üzv dövlətlərlə əməkdaşlıq və yeni bazarlara çıxış bizim üçün böyük əhəmiyyət kəsb edir. Buna görə düşünürəm ki, bu məsələ ilə bağlı ümumi zəmini tapacağıq".

Görüşdə, həmçinin Azərbaycanın və Moldovanın bir-birinin ərazi bütövlüyünü daim dəstəklədiyi qeyd olunub. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, yaxın vaxtlarda hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi, iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması, enerji, investisiya sahələrində, eyni zamanda, ölkələrimizin biznes dairələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş