İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib

Xəbərlər

19.02.2024 - 12:17

Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazıb

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

AYNA xəbər verir ki, Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub.

Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib.

Sonra xatirə şəkli çəkdirilib.

Dövlətimizin başçısı Xatirə kitabına ürək sözlərini yazıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş