İkili diplom proqramı üzrə sənəd qəbulu davam edir

Xəbərlər

17.12.2020 - 12:23

Həkimlər Klinikalar SEO Xidməti

Proqrama son müraciət tarixi dekabrın 31-dir

 

Koreya Respublikasının İnha Universiteti və Bakı Mühəndislik Universiteti arasında bakalavriat pilləsi üzrə birgə təşkil edilən ikili diplom proqramı çərçivəsində inşaat mühəndisliyi və elektrik mühəndisliyi ixtisaslarına 2020-2021-ci tədris ilinin yaz semestri üçün əlavə sənəd qəbulu davam edir.

 

Təhsil Nazirliyindən AYNA-ya bildirilib ki, proqrama son müraciət tarixi dekabrın 31-dir. İkili diplom proqramı ilə bağlı əlavə məlumat və müraciət qaydaları ilə elan vasitəsilə tanış olmaq mümkündür.

 

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən ikili diplom proqramının müddəti 4 ildir. Bu müddətin 3 ilinin Bakı Mühəndislik Universitetində, son 1 ilinin isə İnha Universitetində keçirilməsi nəzərdə tutulur. Proqramı uğurla başa vuran tələbələr hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş