İki şəhid ailəsinə mənzilləri təqdim edilib

Xəbərlər

28.01.2021 - 14:09

Həkimlər Klinikalar SEO Xidməti

401 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub

 

401 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub. Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) AYNA-ya verilən məlumata əsasən, Hövsan Yaşayış Kompleksində 10-14 sentyabr 2020-ci il tarixlərində “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 501 mənzildən 399-nun alqı-satqısı başa çatdırılıb.

 

Mənzilə sahib olmuş vətəndaşlardan 36-sı mənzili öz vəsaiti hesabına, 363-ü isə güzəştli ipoteka krediti hesabına əldə edib.

 

2 mənzil isə 10 sentyabr 2020-ci il tarixində Hövsan Yaşayış Kompleksində mənzil seçmiş, lakin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış 2 hərbçinin ailə üzvlərinə təqdim edilib.

 

Bildirilib ki, “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçən Hüseynov Orxan Bəhmən oğlu və Hüseynov Fərid Fətəli oğlu Hövsan Yaşayış Kompleksində mənzillərin satışında uğurla iştirak edərək 2 otaqlı mənzil seçib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən mübarizəyə qoşulan hər iki hərbçi şəhidlik zirvəzinə ucaldığından mənzillərin rəsmiləşdirilməsi mümkün olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş