İki rayonda yanğın olub

Hadisə

08.01.2020 - 10:42

Həkimlər Klinikalar SEO Xidməti

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 152 m² olan birmərtəbəli 4 otaqlı evin lambirindən ibarət tavanı 10 m² sahədə və dam örtüyünün taxta atmaları 2 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Saatlı rayonunun Dəlilər kəndində həyətyanı sahədə 5 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş