İki milyona yaxın insan Qəzzanı tərk edə bilər

Dünya

06.05.2025 - 19:08

Həkimlər Klinikalar SEO Xidməti

İsrail ordusunun Qəzzada hərbi əməliyyatı genişləndirməsi anklavdan 1,4-1,8 milyon insanın mühacirətinə səbəb ola bilər

İsrail ordusunun Qəzza zolağında hərbi əməliyyatını genişləndirməsi Fələstin anklavından 1,4-1,8 milyon insanın mühacirətinə səbəb ola bilər. AYNA.AZ xəbər verir ki, bu barədə “The National” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Bazar ertəsi İsrailin “Ynet” portalı yəhudi dövlətinin hərbi-siyasi kabinetinin Qəzzada əməliyyatın genişləndirilməsi planını təsdiqlədiyini bildirib. İsrailin dövlət telekanalı “Kan”ın məlumatına görə, “Gideonun arabaları” adlı əməliyyat Fələstinin radikal HƏMAS hərəkatını məğlub etmək məqsədi daşıyır. Bu məqsədlə İsrail qoşunlarının nəzarəti altında təhlükəsizlik zonasına çevrilməli olan zolağın cənub hissəsinə “Bütün Qəzzə əhalisinin genişmiqyaslı təxliyəsi” planlaşdırılır, anklavın qalan ərazilərində isə orduya “əməliyyat azadlığı” veriləcək.

Mənbələr bildiriblər ki, təhlükəsizlik zonası 50 ilə 70 kilometr arasında olacaq.

Qeyd olunub ki, İsrail rəhbərliyi 2,3 milyon sakindən 1,8 milyona qədərini anklavı tərk etməyə və mühacirət etməyə məcbur etmək üçün ərazidə qəsdən dözülməz şərait yaratmağı planlaşdırır. Bu halda Qəzzada yalnız 500-900 min fələstinli qalmalıdır.

"İsrail hərbçilərinin yaxından nəzarəti altında çadırlar, ibtidai tibb klinikaları və məktəblər olacaq. Yardım minimal olacaq. Çünki fələstinlilərin orada yaşaması o qədər çətinləşəcək ki, onların çoxu ərazini tərk etmək istəyəcək ", - deyə mənbələrdən biri qəzetə bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş