İdman fotoqrafları və jurnalistlər üçün beynəlxalq təlim keçiriləcək

İdman

31.10.2022 - 07:18

Həkimlər Klinikalar SEO Xidməti

Təlim Heydər Əliyev adına idman arenasında baş tutacaq

Beynəlxalq Cüdo Federasiyası (BCF) ilə qurulan sıx və qarşılıqlı əməkdaşlıq çərçivəsində Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri ərəfəsində - noyabrın 3-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə idman fotoqrafları və jurnalistlər üçün beynəlxalq təlim təşkil edəcək.

ACF-dən AYNA-ya verilən məlumata görə, BCF-in fotoqrafları Qabriyela Sabau və Tamuna Kulumbeqaşvili tərəfindən keçiriləcək təlim Heydər Əliyev adına idman arenasında baş tutacaq.

Təlimin əsas məqsədi cüdonun daha peşəkar işıqlandırılmasına nail olmaq və bu sahədə olan yeniliklərlə idman fotoqraflarını və jurnalistləri tanış etməkdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş