İctimai yerlərdə 5 nəfər koronavirus xəstəsi aşkarlanıb

Xəbərlər

27.04.2021 - 13:35

Onlar tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarılıblar

 

Daxili işlər orqanlarının əməkdaşları aprelin 26-da respublika ərazisində beş nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

 

Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə dörd nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

 

DİN bir daha vətəndaşlardan koronavirusla əlaqədar tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edir.

Müəllif: Ayna.az