İctimai yerlərdə 15 aktiv koronavirus xəstəsi aşkarlanıb

Xəbərlər

18.02.2022 - 12:26

Həkimlər Klinikalar SEO Xidməti

Xəstələr tibbi prosedurlar gözlənilməklə yaşadıqları evlərə qaytarılıblar

Fevralın 17-də polis əməkdaşları tərəfindən respublika ərazisində 15 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, polis əməkdaşları COVID-19 virusuna yoluxduqları üçün ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşadıqları evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıblar. 

Koronavirus xəstələri tibbi prosedurlar gözlənilməklə yaşadıqları evlərə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş