İctimai qəzəbə tuş gəlmiş aktyor “bədbəxt” kəlməsinə aydınlıq gətirdi

Mədəniyyət

21.06.2019 - 22:01

Qorxmaz Əlilicanzadə: “Gürcüstanda yaşayan həmvətənlərimiz saytların bu yanlış informasiyasına inanaraq mənə qəzəbləniblər”

 

Aktyor, şoumen Qorxmaz Əlilicanzadənin ARB TV-də qatıldığı proqram zamanı işlətdiyi fikirlər yerli xəbər portallarında tirajlanıb və cəmiyyətin qınağına səbəb olub. Veriliş zamanı ixtira etdiyi yeni musiqi alətləri haqqında danışan Qorxmaz Əlilicanzadə “Gürcüstanda... Bədbəxt nəyə görə deyirəm? Onların bir xalq çalğı alətləri yoxdur” deyib.

 

Xəbər başlıqlarında aktyorun “Gürcüstanlılar bədbəxtdir” deməsi qeyd olunub və bu fikir Gürcüstanda yaşayan azərbaycanlıların qəzəbinə tuş gəlib.

 

AYNA məsələ ilə bağlı Qorxmaz Əlilicanzadə ilə əlaqə saxlayıb. Aktyor deyib ki, onun fikirləri tamamilə yanlış anlaşılıb və təhrif olunub.

Orxan Bahadırsoy