Baş verənləri Avstraliya Yayım Korporasiyasının jurnalisti Andy Park lentə alıb
Sidneydə bir qatarda iki sərnişinin mübahisəsi Avstraliyada viral çarx kimi məşhurluq qazanıb. AYNA xarici mətbuata əsasən xəbər verir ki, videoda bütün dünyanı təşvişə salan koronavirus mövzusu var.
Belə ki, qatarda sərnişinlər arasında düşmüş mübahisənin səbəbi öskürəkdir. Sərnişin qadın öskürdüyü anda hər hansı hərəkət etmir, ağzını bağlamır deyə, qarşısındakı gənc ona etiraz edir.
Gənc oğlan, “Üstümə öskürdünüz”- deyərək, insanların üzərinə öskürən qadından ətrafa qarşı diqqətli olmağı tələb edir. Buna baxmayaraq, qadın eyni hərəkəti təkrar edir. “Mən öskürəndə ağzımı açmıram” deyərək özünü müdafiə edir.
Bütün baş verənləri Avstraliya Yayım Korporasiyasının jurnalisti Andy Park lentə alıb və öskürək etiketi ilə bağlı video kimi paylaşıb.
Məlumat üçün deyək ki, Avstraliyada bu günə qədər 80-dən çox koronavirusa yoluxmuş insan qeydə alınıb.