Şuşadakı aksiya iştirakçıları dünya çempionatının final oyununu izləyiblər

Maraqlı

18.12.2022 - 23:04

Laçın-Xankəndi yolundakı aksiya davam edir

Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçılarının Qətərdə keçirilən dünya çempionatının finalını - Argentina- Fransa matçını izləmələri üçün böyük monitor quraşdırılıb.

AYNA xəbər verir ki, aksiya iştirakçıları ərazidə quraşdırılmış böyük ekran vasitəsilə mundialın final görüşünü izləyiblər.

Havanın soyuq olmasına baxmayaraq, Laçın-Xankəndi yolundakı aksiya davam edir.

Aksiya iştirakçılarının təhlükəsizliyini Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbçiləri və polis əməkdaşları təmin edirlər.

Müəllif: Ayna.az