Virusun "davranışı" idarəolunandır

Maraqlı

06.03.2020 - 12:54

İnsanlar psixoloji gərginlikdən və təşvişdən xilas olurlar

 

COVİD-19! Dünya üzrə bu günə olan məlumat: xəstə sayı - 98 min, ölü sayı - 3380, sağalanlar - 55 min.


Ən təhlükəli vəziyyət bu günə İranda, İtaliyada, C.Koreyada müşahidə olunur. Statistik rəqəmlərə nəzər salanda bəlli olur ki, sağalanların sayı sürətlə artır. Bu, yaxşı göstəricidir! Uşaqlar yoluxmur, bu da əla göstəricidir! Çinli mütəxəssislərin dediyinə görə, infeksiyanın episentri Uhanda yoluxma sürətlə azalır. Bu da yaxşı xəbərdir. Deməli, həmin şəhərdə epidemiya tezliklə lokallaşdıralacaq!


Son günlər tez-tez belə fikirlər səsləndirilir ki, korona deyildiyi kimi elə də təhlükəli virus deyil. Çünki kifayət qədər spontan sağalan (öz özünə sağalan) xəstələr var. Düz deyirlər! Amma bu fikri cəmi bir ay qabaq heç kim dilinə gətirə bilməzdi. İndi virusun "davranışı" və pnevmoniyanın gedişatı həkimlərə daha tanışdır, idarəolunandır. Yəni buna görə əvvəlki ajiotaj səngiyir. İnsanlar psixoloji gərginlikdən və təşvişdən xilas olurlar.

 

Vaqif Qarayev, pediatr

Müəllif: Ayna.az