İctimai nəqliyyatda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xəbərlər

05.12.2023 - 11:14

Saxlanılan şəxs keçmiş məhkumdur

İctimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda paytaxt ərazisində marşrut avtobuslarında və metro stansiyalarında 4 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1970-ci il təvəllüdlü Muraz Bayramov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ayna.az