“Hürriyet”: Türkiyə Ukraynada sülhməramlı missiyada iştirak edə bilər

Dünya

22.08.2025 - 19:16

Qeyri-müəyyənliklər aradan qaldırılarsa və vəzifələr dəqiq formalaşdırılarsa, Türkiyə hərbçiləri Ukraynaya gedəcəklər

Türkiyə Kiyev və Moskva arasında razılaşmalardan sonra Ukraynada mümkün sülhməramlı missiyada iştirak edə bilər. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

Məqalə müəllifinin fikrincə, Ankara belə bir inkişafın əleyhinə deyil və Türkiyə hərbçiləri Ukraynada sülhü təmin etmək missiyasını yerinə yetirə bilər.

Ancaq bu cür qüvvələrin çərçivəsi hələ qurulmayıb və konkret təklif də daxil olmayıb, deyə köşə yazarı Əbdülkadir Selvi bildirib.

O qeyd edib ki, qeyri-müəyyənliklər aradan qaldırılarsa və vəzifələr dəqiq formalaşdırılarsa, o zaman Türkiyə hərbçiləri “sülhü qorumaq naminə” Ukraynaya gedəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş