Tədbirlər nəticəsində qanunsuz quraşdırılan metal konstruksiyalar sökülüb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakıda qanunsuz tikinti işlərinin qarşısını alıb. AYNA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Qeyd olunub ki, bu çərçivədə, Bakı şəhərinin Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Luxury Life” hotelinin ərazisində qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz quraşdırılan metal konstruksiyalar sökülüb.