Mənzillərin açarları təqdim edilib
Bu gün Horovlu kəndinə köçürülən ailələrə evlərinin açarları təqdim olunub. AYNA.AZ xəbər verir ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə naməlum əşya və cisimlərə toxunmamaq, belə hallarla rastlaşdıqları zaman dərhal aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər