“Honda” və “Nissan” birləşmək üçün danışıqlar aparır

Dünya

18.12.2024 - 17:22

Həkimlər Klinikalar SEO Xidməti

Hər iki şirkət daha yaxşı rəqabət aparmaq üçün aktivlərini birləşdirməyin yolunu araşdırır

Yaponiyanın “Honda Motor” və “Nissan Motor Co” şirkətləri Çin avtomobil istehsalçılarının artan rəqabəti və elektriklə işləyən avtomobillərə gözləniləndən daha zəif istehlakçı tələbi fonunda birləşmə haqqında ilkin danışıqlar aparır. AYNA xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, hər iki şirkət "daha yaxşı rəqabət aparmaq üçün aktivlərini birləşdirməyin yolunu araşdırır". Birləşmə 52 milyard dollarlıq aktivə malik qlobal avtomobil sənayesi nəhəngini yaradacaq və onu “Toyota” və “Volkswagen”dən sonra dünyanın üçüncü ən böyük avtomobil istehsalçısına çevirəcək. Eyni zamanda, “Tesla” və Çinin BYD ilə rəqabət aparmaq üçün investisiya cəlb edəcək.

Çinin aparıcı avtomobil istehsalçısı 2024-cü ilin ikinci rübündə qlobal satış həcminə görə “Honda Motor” və “Nissan Motor”u geridə qoyaraq, dünyada yeddinci yeri tutub. Ötən ilin eyni dövrü ilə müqayisədə satış həcmini 40 faiz artıb.

FT yazır ki, birləşmə “Nissan”ın təxminən 27 faiz paya sahib olduğu “Mitsubishi Motors”a təsir edəcək. “Mitsubishi Motors” birləşmiş şirkətin bir hissəsi ola bilər. Üç marka hər il təxminən 8 milyon avtomobil istehsal edə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş