Vəsait Danimarka, Hollandiya və Çexiya arasında döyüş sursatı ilə bağlı birgə təşəbbüs çərçivəsində ayrılacaq
Hollandiya Ukraynanı artilleriya mərmiləri ilə təchiz etmək üçün 271 milyon avro ayırmaq niyyətindədir. AYNA xəbər verir ki, bu barədə Niderlandın Baş naziri Dik Şof “X” sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, vəsait Danimarka, Hollandiya və Çexiya arasında döyüş sursatı ilə bağlı birgə təşəbbüs çərçivəsində ayrılacaq.
“Hollandiya artilleriya mərmiləri üçün 271 milyon avro ayıracaq. Beləliklə, biz 2025-ci ildə Ukraynaya sursat tədarükü ilə bağlı kömək edəcəyik”, - Baş nazir bildirib.