Şeyx Naim Qasım: “Hakimiyyətin məsuliyyəti İsrail düşməni ilə birbaşa danışıqları dayandırmaq və dolayı danışıqlara keçməkdir”
Livanın “Hizbullah” hərəkatının baş katibi Şeyx Naim Qasım rəsmi Beyrutu İsrail ilə birbaşa danışıqlara son qoymağa çağırıb. AYNA.AZ TASS-a istinadən xəbər verir ki , bu barədə Livan “Hizbullah” hərəkatının baş katibi Şeyx Naim Qasım bildirib.
Qasım vurğulayıb ki, “hakimiyyətin məsuliyyəti İsrail düşməni ilə birbaşa danışıqları dayandırmaq və dolayı danışıqlara keçməkdir”.
Qeyd edək ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinə Livandakı “Hizbullah” hədəflərinə güclü zərbələr endirməyi əmr etmişdi.
8 apreldə İsrail Müdafiə Qüvvələri Livanda ən böyük hücumlar seriyasına başlayıb. İsrail ordusu verdiyi açıqlamada hücumun dəqiq kəşfiyyat məlumatlarına əsaslandığını və bir neçə həftə ərzində diqqətlə planlaşdırıldığını açıqlayıb.