Sərnişin avtobusu iri yük avtomobili ilə toqquşub
Hindistanda sərnişin avtobusu iri yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində 17 nəfər ölüb.
AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin Karnataka ştatının Çitradurqa rayonunda yerli vaxtla gecə saat 2 radələrində baş verib.
Polisin məlumatına görə, əks istiqamətdə gələn yük avtomobili idarəetməni itirərək avtobusa çırpılıb.