Təbii fəlakət nəticəsində ölənlərin sayı artıb
Hindistanın şimalındakı Uttarxand ştatında Himalay dağında qar uçqunu nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
AYNA xəbər verir ki, bu barədə “The Print” qəzeti məlumat yayıb.
Bu gün aparılan xilasetmə əməliyyatı zamanı daha 7 nəfərin cəsədi tapılıb. Onların təxliyəsi hava şəraitindən asılı olaraq helikopterlə həyata keçiriləcək.