Hindistanda möcüzə: 103 yaşlı qadın öz dəfn mərasimində dirilib - FOTO

Maraqlı

16.01.2026 - 00:34

Dəfn mərasimi 103 yaşlı Qanqabai üçün ad günü şənliyinə çevrilib

Hindistanda 103 yaşlı qadın öz dəfn mərasimində dirilib. AYNA.AZ xəbər verir ki, bu barədə “Hindustan” məlumat yayıb.

Bildirilib ki, hadisə Maharaştra ştatında baş verib. Yerli 103 yaşlı Qanqabai adlı qadının öldüyü ehtimal edilib və dəfn mərasiminə hazırlıqlar başlayıb. Ənənəyə uyğun olaraq, onun evində çadır qurulub.

Dəfn mərasimində qadının çox sayda qohumu və dostları iştirak edib. İzdiham onun cəsədini daşımaq üçün nəqliyyat vasitəsini gözləyərkən Qanqabai qəfildən tərpənməyə və oturmağa başlayıb.

"Ən təəccüblüsü odur ki, bu, onun ad günündə baş verib", - deyə vurğulanıb.

Qadının ailə üzvləri hadisəni möcüzə adlandırıblar. Nəticədə dəfn mərasimi 103 yaşlı Qanqabai üçün ad günü şənliyinə çevrilib.

Hindistanda möcüzə: 103 yaşlı qadın öz dəfn mərasimində dirilib -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş