Avstraliyalı qadın özünün ana bətnində olan dövrünü xatırlayır

Maraqlı

02.06.2024 - 12:24

Həkimlər Klinikalar SEO Xidməti

Başımın ayaqlarımın arasında necə olduğunu xatırlayıram”

Avstraliyanın Brisben şəhərindən olan 34 yaşlı Rebekka Şerrok son dərəcə yüksək avtobioqrafik yaddaşa (H-SAM) malikdir. AYNA “Focus.ua”ya istinadən bildirir ki, bu, hipertimiya adlanan xüsusi nevroloji vəziyyətdir ki, bu da insanlara həyatlarının çox hissəsini ətraflı şəkildə xatırlamağa imkan verir.

Rebekka deyir ki, yadına düşən ən erkən xatirə 23 dekabr 1989-cu ildir. Həmin vaxt o, ana bətnində olub.

“Mənim ilk xatirəm anamın bətnində embrion olduğum vaxtdır. Başımın ayaqlarımın arasında necə olduğunu xatırlayıram. Hazırda həyatımda başıma gələn hər şeyin 95 faizini xatırlaya bilirəm”, Rebekka deyib.

Avstraliyalıya diaqnoz olduqca gec - 23 yanvar 2011-ci ildə, 21 yaşı tamam olanda qoyulub. H-SAM ciddi psixi sağlamlıq problemlərinə, xüsusilə depressiyaya səbəb ola bilər. Şerrok yuxusuzluqla mübarizə apardığını və müalicəyə ehtiyacı olduğunu etiraf edib. Yatmazdan əvvəl klassik musiqiyə qulaq asır, bu da kömək etməsə, həkimin yazdığı dərmanları qəbul edir.

Ancaq bu xəstəliyin bir danılmaz bonusu var. Rebekka ondan yeni bacarıqlar öyrənmək üçün istifadə edir. Məsələn, 10 həftə ərzində o, fransız və ispan dillərini öyrənməyi bacarıb.

Mütəxəssislərin fikrincə, hipertimiya son dərəcə nadir bir xəstəlikdir: dünyada belə fenomenal yaddaşa malik olan cəmi 62 insan var.

Müəllif: Ayna.az