Yüz yaşlı qadından uzunömürlülük resepti

Maraqlı

06.07.2019 - 08:12

“Düzgün qidalanma və pozitiv olmaq uzunömürlü olmağıma səbəb olub”

 

Böyük Britaniyanın Esseks qraflığında yaşayan yüz yaşlı qadın uzunömürlülüyün sirrini açıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, yüz yaşına çatan qadın hər şeydən əvvəl qidalanmaya diqqət çəkib.

 

O bildirib ki, ömrünün çox hissəsini sosiska və ev şəraitində bişmiş xəmir yeməklə keçirib: “Mən indi də sosiska və xəmir bişirirəm. Məhz belə qidalanma və pozitiv olmaq uzunömürlü olmağıma səbəb olub”.

 

Qadının əri 1976-cı ildə ölüb. 3 il sonra isə bacısını itirən qadın tək yaşamağa məcbur olub.

 

2 nəticəsi olan qadın özünü xoşbəxt hesab edir. O, iyunun 30-da 100 yaşını qeyd edib.

Müəllif: Ayna.az