Yoluxanların ümumi sayına görə Hindistan ikinci yerdədir
Hindistanda ötən sutka COVID-19 infeksiyasına 38 713 yoluxma, virus səbəbindən 474 ölüm qeydə alınıb.
AYNA Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, indiyədək 430 759 nəfər pandemiyanın qurbanı olub. Aktiv xəstə sayı təxminən 394 min nəfərdir.
Ölkədə yeni növ koronavirusa yoluxanların ümumi sayı 32,1 milyonu ötüb.
Qeyd edək ki, Hindistan hazırda yoluxanların ümumi sayına görə ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə Birləşmiş Ştatlar və Braziliyanın ardından 3-cü sıradadır.