Hindistan dünyanın dördüncü ən böyük iqtisadiyyatına çevrilib
Hindistan hökuməti rəsmi olaraq Yaponiyanı keçərək dünyanın dördüncü ən böyük iqtisadiyyatına çevrildiyini açıqlayıb. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.
Bəyanatda deyilir: "4,18 trilyon dollarlıq ÜDM ilə Hindistan Yaponiyanı keçərək dünyanın dördüncü ən böyük iqtisadiyyatına çevrildi və 2,5-3 il ərzində Almaniyanı üçüncü yerdən kənarlaşdıracağı gözlənilir".
Hazırda ABŞ dünyanın ən böyük iqtisadiyyatıdır. Çin isə ikinci yerdədir.