Hindistan payıza qədər ABŞ ilə ticarət danışıqlarını başa çatdırmağı planlaşdırır

Dünya

30.07.2025 - 22:13

Dehli Hindistanın avqustun 1-dən əvvəl ABŞ ilə ilkin saziş bağlaya biləcəyinə ümidli deyil

Hindistan hakimiyyəti payıza qədər ticarət sazişinin bağlanması üzrə ABŞ ilə danışıqları başa çatdırmağı planlaşdırır. AYNA.AZ xəbər verir ki, “Bloomberg” bu barədə mənbələrinə istinadən məlumat yayıb.

“Məsələ ilə tanış olan şəxslər bildiriblər ki, Hindistan rəsmiləri ABŞ Prezidenti Donald Tramp bu həftə Hindistan məhsullarına gömrük rüsumları tətbiq etsə belə, bu payıza qədər ABŞ ilə ticarət sazişi üzrə danışıqları davam etdirməyi planlaşdırır”, - agentlik yazıb.

Eyni zamanda, Dehli Hindistanın avqustun 1-dən əvvəl ABŞ ilə ilkin saziş bağlaya biləcəyinə ümidli deyil.

Bununla belə, Hindistan hakimiyyəti hesab edir ki, Birləşmiş Ştatlar Hindistan ixracatına yüksək tariflər tətbiq etsə belə, bu, yalnız ikitərəfli saziş üzrə danışıqlar başa çatana qədər qüvvədə qalacaq müvəqqəti tədbirlər olacaq.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, avqustda ABŞ nümayəndə heyətinin Hindistana səfəri gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş