Hikmət Hacıyevin adına saxta profillər yaradılıb

Xəbərlər

02.11.2020 - 03:51

“Mənim yalnız “Twitter”-də “@HikmetHajiyev” adlı hesabım var”

 

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyevin adına saxta profillər yaradılıb. AYNA xəbər verir ki, bu barədə Hikmət Hacıyev “Twitter”də yazıb.

 

"Hörmətli izləyicilər! Mənim adıma “twitter”də “@hikmet_hajiyev” və “Telegram” kanalında “Hikmet Hajiyev” kimi ünvanlar yaradılıb. Bundan əvvəl “Instagram” və “Facebook”da belə saxta profillər yaradılmışdı. Mənim yalnız “Twitter”-də “@HikmetHajiyev” adlı hesabım var”, - Prezidentin köməkçisi bildirib.

Müəllif: Ayna.az