Tərəflər siyasi, iqtisadi, ticarət və tranzit sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Əfqanıstanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Muhəmməd Faysalı qəbul edib.
AYNA.AZ xəbər verir ki, bu barədə məlumat Əfqanıstanın Azərbaycandakı səfirliyinin rəsmi sosial şəbəkə hesabında paylaşılıb.
Görüş zamanı tərəflər siyasi, iqtisadi, ticarət və tranzit sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.