Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük əfv olacaq

Xəbərlər

25.01.2023 - 14:41

Zahid Oruc: “Əfv Komissiyasında artıq 360-a yaxın sənəd müzakirə edilib”

Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük əfv qərarı icra ediləcək. AYNA xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri, Əfv Komissiyasının üzvü Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, Əfv Komissiyasında artıq 360-a yaxın sənəd müzakirə edilib: “Müraciətlərə baxılması may ayına qədər davam edəcək”.

Müəllif: Ayna.az